Pakistandan gələn dəyərli qonaqlarımızla birlikdə Sea Breeze-də həyata keçirilən yeni premium yaşayış və investisiya layihələri ilə yaxından tanış olduq.
Səfər çərçivəsində qonaqlar müasir memarlıq konsepsiyaları, yüksək yaşayış standartları, innovativ infrastruktur və bölgədə həyata keçirilən iri həcmli inkişaf layihələri barədə ətraflı məlumat əldə etdilər. Sea Breeze-in təqdim etdiyi geniş investisiya imkanları və gələcəyə yönəlmiş inkişaf strategiyası qonaqlarımız tərəfindən böyük maraqla qarşılandı.
Bu görüş Azərbaycan və Pakistan arasında mövcud dostluq münasibətlərinin və işgüzar əməkdaşlığın daha da möhkəmləndiyini bir daha nümayiş etdirdi. İnanırıq ki, bu cür görüşlər gələcək investisiya layihələrinin və yeni biznes tərəfdaşlıqlarının formalaşmasına mühüm töhfə verəcək.
