Bu gün ofisimizdə Pakistanın tanınmış iqtisadçısı, beynəlxalq bank sektoru üzrə zəngin idarəetmə təcrübəsinə malik Rao Babar Jamili qarşılamaqdan məmnunluq duyduq.
Rao Babar Jamil Pakistan İcraçı Direktoru (CEO) kimi mühüm uğurlara imza atmış nüfuzlu mütəxəssisdir.
Görüş zamanı Azərbaycan–Pakistan arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, investisiya imkanları və gələcək biznes əlaqələri ətrafında səmərəli fikir mübadiləsi aparıldı. Qarşılıqlı etimada əsaslanan bu cür görüşlərin iki dost ölkə arasında yeni tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verəcəyinə inanırıq.
Səmimi görüşə və dəyərli söhbətə görə Rao Babar Jamilə təşəkkür edir, gələcək əməkdaşlıqların uğurlu olmasını arzulayırıq.
