Pakistandan gələn dəyərli qonaqlar Agrovest ərazisini ziyarət edərək müəssisənin müasir infrastruktur və logistika imkanları ilə yaxından tanış olublar.
Səfər çərçivəsində qonaqlara kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunması və uzunmüddətli saxlanılması üçün qurulmuş müasir soyuducu sistemlər, xüsusi saxlanma kameraları, anbar infrastrukturu və logistika prosesləri haqqında ətraflı məlumat verilib. Müəssisədə tətbiq olunan müasir texnologiyalar və yüksək əməliyyat standartları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Görüş zamanı aqrar sənayenin inkişaf perspektivləri, logistika sahəsində əməkdaşlıq imkanları və gələcək birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verəcəyinə inanırıq.
