“F-Holding” MMC və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb, eyni zamanda ispan memarları tələbələrlə təcrübə mübadiləsi aparıblar.
“F-Holding”-in təşəbbüsü ilə İspaniyanın tanınmış memarları Bakı şəhərinə səfər edərək bir sıra mühüm tədbirlərdə iştirak etdilər. Onların da iştirakı ilə 4 dekabr 2023-cü il tarixində F-Holding və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memarlıq təhsilinin inkişaf etdirilməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalandı və bunun sayəsində də ispan memarlar AzMİU-da tələbələrlə görüşərək onlarla öz bilik və […]








