WUF13 çərçivəsində keçirilən “Urban gələcəyin dayanıqlı inkişaf konsepsiyası” mövzusunda paneldə spiker qismində iştirak etmək mənim üçün böyük şərəf və qürur oldu.
Panel zamanı gələcəyin şəhərlərinin formalaşdırılması, dayanıqlı inkişaf prinsipləri, innovativ urban həllər və inklüziv şəhər mühitinin yaradılması istiqamətində mühüm mövzular ətrafında fikir mübadiləsi aparıldı. Fərqli ölkələrdən olan mütəxəssislərlə təcrübə və baxışların paylaşılması gələcək əməkdaşlıqlar baxımından da dəyərli imkanlar yaratdı.
Dayanıqlı və insan yönümlü şəhərlərin qurulmasına töhfə verən bu cür beynəlxalq platformalarda iştirak etmək böyük məsuliyyət olmaqla yanaşı, yeni ideyaların və əməkdaşlıqların inkişafı üçün mühüm addımdır.

