2025-ci il yanvar ayının 25-də Türkiyənin İstanbul şəhərində 10 ölkədən uğurlu şəxslərin iştirakı ilə keçirilən 21-ci Uluslararası İpekyolu Yılın Altın Adamları Ödül Töreninə “F-Holding” MMC-nin Təsisçi və Baş Direktoru Fərid Mustafayev və İcraçı Direktoru Kənan Sadıqov dəvətli qismində iştirak etmişdir. Tədbir çərçivəsində Fərid Mustafayev “Azərbaycanda ilin iş adamı” mükafatı ilə təltif olunub. Sözügedən mükafatı Avrupa Birliyi-nin sabiq naziri və Büyükelçi Egemen Bağış ilə Dr. Akkan Suver şəxsən təqdim ediblər.
Tədbir müddətində təqdim olunan çoxsaylı əməkdaşlıq təkliflərini nəzərə alaraq, “F-Holding” MMC-nin Türkiyə nümayəndəliyinin yaradılması barədə qərar qəbul edilib. Eyni zamanda, şirkətə Rumıniyada müxtəlif dövlət layihələrində iştirakla bağlı da təkliflər daxil olub.
Bütün bu təşəbbüslər fonunda, “F-Holding” şirkətlər qrupu – tikinti, logistika və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən qurumları ilə həm Türkiyədə, həm də Rumıniyada planlaşdırılan layihələrdə fəal iştirak etməyi planlaşdırır.

