Tech Hive, Lahor Ticarət və Sənaye Palatası və West World Group nümayəndələri ilə beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub

Bu gün ofisimizdə Pakistanın aparıcı biznes və texnologiya nümayəndələrinin iştirakı ilə beynəlxalq əməkdaşlığın inkişafına həsr olunmuş işgüzar görüş keçirilmişdir. Görüşdə rəqəmsal texnologiyalar, investisiya imkanları, beynəlxalq tərəfdaşlıqlar və qadın sahibkarlığının inkişafı istiqamətində fikir mübadiləsi aparılmışdır.

Görüşdə Tech Hive şirkətinin təsisçisi və baş icraçı direktoru Sohail Asgher, Lahor Ticarət və Sənaye Palatasının İcraiyyə Komitəsinin üzvü Firdous Nisar, həmçinin UN Women UK üzvü və West World Group şirkətinin Böyük Britaniya, BƏƏ və Azərbaycan üzrə Baş İcraçı Direktoru Naima Lashari iştirak etmişlər.

Sohail Asgher informasiya texnologiyaları, süni intellekt, rəqəmsal transformasiya, DevOps həlləri, proqram təminatının hazırlanması və innovativ texnologiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı təqdimat etmiş, Avropa və Yaxın Şərq bazarlarında əldə olunan təcrübəni bölüşmüşdür. O, beynəlxalq texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və innovasiya yönümlü layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır.

Firdous Nisar Pakistanın biznes və investisiya mühiti, sənaye sektorunun inkişaf perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi, istehsal sahəsində əməkdaşlıq imkanları və xüsusilə mebel sənayesində qarşılıqlı tərəfdaşlıq potensialı barədə ətraflı məlumat vermişdir. O, Azərbaycan və Pakistan arasında özəl sektor əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd etmişdir.

Naima Lashari isə qadın sahibkarlığının inkişafı, beynəlxalq biznes şəbəkələrinin qurulması, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, sosial innovasiya layihələri və Azərbaycan ilə Pakistan arasında yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində fikir və təkliflərini bölüşmüşdür.

Görüşün sonunda tərəflər informasiya texnologiyaları, innovasiya, investisiya, biznesin inkişafı və sosial layihələr sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, gələcəkdə ortaq layihələrin hazırlanması və uzunmüddətli strateji əməkdaşlığın qurulması istiqamətində qarşılıqlı maraqlarını ifadə etmişlər.

Scroll to Top