F-Holding MMC-nin Baş direktoru Kənan Sadıqov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında iştirak edib. Beynəlxalq tədbirin əhəmiyyətindən danışan Kənan Sadıqov belə platformaların dövlət qurumları, beynəlxalq maliyyə institutları və özəl sektor nümayəndələri arasında yeni əməkdaşlıq və tərəfdaşlıq imkanlarının yaradılması baxımından mühüm rol oynadığını vurğulayıb. O, qlobal iqtisadi çağırışların artdığı bir dövrdə dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinin, Azərbaycan biznesinin beynəlxalq platformalarda fəal təmsil olunmasının və ölkənin iqtisadi potensialının dünya miqyasında tanıdılmasının strateji əhəmiyyət daşıdığını qeyd edib.

