11 mart tarixində İspaniyanın Ticarət Palatası, Azpromo və İspaniyanın Ankaradakı Səfirliyinin birgə təşkil etdiyi İspaniya-Azərbaycan Biznes forumunda “F-Holding” MMC-nin Baş direktoru Fərid Mustafayev, İcraçı Direktoru Kənan Sadıqov və Beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rzayeva Fəxriyyə, həmçinin, şirkətin xarici əməkdaşı Manuel Cartizorla da iştirak etmişdir. Biznes görüşündə iki ölkə arasındakı sıx əlaqələr və bu əlaqələrin inkişafı və şaxələndirilməsi üçün atılacaq addımlar müzakirə edilmiş, aralarında ölkəmizin İspaniyadakı səfiri cənab Ramiz Həsənov və İspaniya Krallığının Azərbaycandakı səfiri xanım Kristina Latorre və digər xüsusi qonaqların çıxışları dinlənilmişdir. Daha sonra tədbirdə iştirak edən xarici şirkətlər və yerli müəssisə və şirkətlərin nümayəndələri arasında enerji, tikinti, texnologiya və s. kimi müxtəlif mövzu başlıqları olan B2G sessiyaları keçirilmiş, qonaqlar qarşılıqlı yaxın əlaqələr qurmuşdur.

