“F-Holding” MMC və İspaniyalı investorların Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri ilə görüşü baş tutmuşdur.

26 iyul 2023-il tarixində “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev, icraçı direktoru Kənan Sadıqov, İspaniyanın informasiya texnologiyaları, süni intellekt aerokosmik mühəndislik sahəsində ixtisaslaşmış “Aeronautical Engineering Services” S.L. şirkətinin rəhbərliyi, eləcə İspaniyadan gəlmiş bir sıra nüfuzlu investorlarla əhəmiyyətli görüş keçirilmişdir. Görüşdə tərəflər potensial əməkdaşlıq imkanlarını, innovativ texnologiyaların tətbiqini qarşılıqlı investisiya layihələrinin perspektivlərini müzakirə etmişlər. Tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin nazir müavini Xanlar Mustafayev çıxış edərək Naxçıvanın zəngin ekoloji potensialı, təbii sərvətləri regionun iqtisadi imkanları haqqında ətraflı məlumat vermişdir. Nazir müavini, xüsusilə Naxçıvanda balıqçılıq, ovçuluq ekoturizm sahəsində mövcud təsərrüfatların biznes imkanlarının əhəmiyyətini vurğulamış, İspaniyalı investorları bu sahələrlə daha yaxından tanış olmağa qarşılıqlı əməkdaşlıq istiqamətində geniş müzakirələr aparmağa dəvət etmişdir. Görüş, həm iqtisadi, həm ekoloji sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir gələcəkdə Naxçıvanın təbii sərvətləri əsasında reallaşdırılacaq layihələr üçün səmərəli zəmin yaratmışdır.

Scroll to Top