“F-Holding”-in təşəbbüsü ilə İspaniyanın tanınmış memarları Bakı şəhərinə səfər edərək bir sıra mühüm tədbirlərdə iştirak etdilər. Onların da iştirakı ilə 4 dekabr 2023-cü il tarixində F-Holding və Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memarlıq təhsilinin inkişaf etdirilməsi ilə əlaqədar Anlaşma Memorandumu imzalandı və bunun sayəsində də ispan memarlar AzMİU-da tələbələrlə görüşərək onlarla öz bilik və təcrübələrini bölüşdülər. Görüş çərçivəsində memar Naiara Veqara “Supercities- territorial inteligence”, İnyiqo Ortiz “From highrise to urban habitats” mövzusunda, Xaime Otegi isə “Trends that define the change” mövzusunda tələbələrə prezentasiyalar göstərərək onların bu mövzulardakı biliklərini daha da artırdılar. Daha sonra isə tələbələrin suallarına cavab verərək onlar üçün qaranlıq qalan məqamlara aydınlıq gətirdilər.

