Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızıl Ağac qoruğunun 5 illik yubeliyenə həsr olunmuş “Flaminqo Festivalı”-da “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev və icraçı direktoru Kənan Sadıqov iştirak etmişdir. Tədbirdə Lənkəran və Neftçala rayon İcra Hakimiyyəti icra başcıları, Ekologiya və Təbii Sərvətlər nazirinin müuavini, və s. şəxslər iştirak etmişdir.
Tədbir ərzində F-Holding və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış memorandumda qeyd olunan əsas məsələlərdən biri olan milli parkların infrastrukturunun inkişafına dair şirkət tərəfindən investisiyanın yatırılması və ekoturizmin birgə inkişafına dair gələcək layihələr də müzakirə olundu. Bundan əlavə, birgə əməkdaşlığın gedişatı və əhəmiyyəti barədə tərəflər öz fikir və hisslərini bölüşdülər.

