Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “GEOMİNİNG” 1-ci Beynəlxalq Geoloji və Mədənçilik forumunda “F-Holding” MMC də iştirak etmişdir.

27 Oktyabr 2023-cü il tarixində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “GEOMİNİNG” 1-ci Beynəlxalq Geoloji və Mədənçilik forumunda “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev və icraçı direktoru Kənan Sadıqov iştirak etmişdir. Tədbiri məhz Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev açıq elan etmişdir. Həmçinin forumda digər nazirliklərin nazir müavinləri, Milli Məclisin komitə sədrləri, səfirlər və səfirlik nümayəndələri, dağ mədənçilik üzrə ixtisaslaşmış böyük nüfuzlu xarici şirkətlər və s. iştirak edirdi . Tədbir zamanı “F-Holding” MMC-nin direktoru Fərid Mustafayev və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev arasında gələcək əməkdaşlıq layihələri də müzakirə edildi.

 

Scroll to Top