Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirdiyi tədbirdə F-Holding MMC-nin nümayəndələri iştirak etmişdir

22–23 sentyabr 2025-ci il tarixlərində I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF) keçirilmişdir. Forum ölkəmizin “Şimal–Cənub və Şərq–Qərb əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr olunmuşdur.

Tədbir Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyiAZPROMO tərəfindən təşkil edilmiş, forumda dövlət rəsmiləri, beynəlxalq investorlar və aparıcı şirkətlərin nümayəndələri iştirak etmişdir.

İştirakçılar arasında Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin rəhbəri Şahmar Mövsümov, Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifov, Azərbaycan Respublikasının Maliyyə naziri Sahil Babayev, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər də yer almışdır.

Bu önəmli forumda F-Holding MMC də təmsil olunmuşdur. Şirkətin Baş direktoru Fərid Mustafayev və İcraçı direktoru Kənan Sadıqov tədbirdə iştirak edərək əməkdaşlıq imkanları və yeni investisiya perspektivləri ilə bağlı müzakirələrdə yer almışlar.

Scroll to Top