28 aprel tarixində keçirilən İran-Azərbaycan Biznes formunda “F-Holding” MMC-nin Baş direktoru Fərid Mustafayev, İcraçı Direktoru Kənan Sadıqov və Beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rzayeva Fəxriyyə iştirak etmişdir. Tədbirdə İran İslam Respublikasının tanınmış şirkətlərinin və ticarət palatalarının nümayəndələri də iştirak edirdi. Həmçinin hər iki ölkənin Prezidentləri də tədbirə qatılmışdır. Azpromonun təşkilatçılığı ilə keçirilən tədbir zamanı iki ölkə arasında əlaqələr genişləndirildi, müxtəlif biznes sahələrində əlaqələr inkişaf etdirildi.

