Bu gün Pakistan və digər ölkələri təmsil edən sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələri, beynəlxalq ekspertlər və ictimai fəalların iştirakı ilə beynəlxalq əməkdaşlıq və yeni tərəfdaşlıq imkanlarına həsr olunmuş məhsuldar görüş keçirilmişdir.
Görüşdə Wisdom Global Consultancy FZC şirkətinin nümayəndəsi Preethi D’Souza, Tech Hive şirkətinin təsisçisi və baş icraçı direktoru Sohail Asgher, Lahore Chamber of Commerce and Industry-nin İcraiyyə Komitəsinin üzvü Firdous Nisar, UN Women UK üzvü və West World Group UK, UAE & Azerbaijan şirkətinin Baş İcraçı Direktoru Naima Lashari, qadın hüquqları və iqlim dəyişiklikləri üzrə beynəlxalq fəal Shaught Pamna, Pakistandan olan gənc iqlim fəalı Eshal Shaukat, eləcə də beynəlxalq layihələr üzrə ekspert Robert Sultani iştirak etmişlər.
Görüş zamanı Azərbaycan ilə Pakistan və digər ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının araşdırılması, biznes və innovasiya ekosistemləri arasında əlaqələrin gücləndirilməsi, rəqəmsal transformasiya və texnologiya sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Bununla yanaşı, qadınların iqtisadi fəallığının artırılması, gənclərin inkişafına yönəlmiş beynəlxalq layihələrin dəstəklənməsi, sosial innovasiyalar, dayanıqlı inkişaf məqsədləri, yaşıl iqtisadiyyat və iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə olunmuşdur.
Görüş iştirakçıları gələcəkdə müxtəlif istiqamətlər üzrə birgə layihələrin hazırlanması, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.
